Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Komitələr və fondlar    » Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası   

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

  



Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılmışdır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsini reallaşdırır.  

Məqsədi
QHT-lərə Dövlət Dəstəyi Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi,  qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi, azərbaycançılıq ideyasının təşviq olunması, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi işini həyata keçirir. Bundan başqa, bu təşkilat siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, vətəndaşların hüquqi biliklərinin inkişaf etdirilməsi, insan, hüquq və azadlıqlarının təmin edilməsi, söz, fikir və ifadə azadlığının genişlənməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, təhsil, elm texnika, mədəniyyətin və incəsənətin inkişaf etdirilməsi,  ətraf mühitin mühafizəsi,  uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı, əhalinin sağlamlığının qorunması və digər dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş məqsədli proqram, layihə və tədbirlərin dövlət tərəfindən maliyyələşməsini təmin edir.   

Ünvan: Azərbaycan, Bakı şəhəri, Fikrət Əmirov 1,
Tel: (012) 493-15-81
  (012) 493-17-80
  (012) 493-17-32
İnternet səhifəsi: www.cssn.gov.az



Oxunub: 406223



Azərbaycan Televiziyaları
İnternet Radio