Baş səhifə    » İCTİMAİ QURUMLAR    » İctimai birliklər    » Azərbaycan Aşıqlar Birliyi   

Azərbaycan Aşıqlar Birliyi

  


Azərbaycan Aşıqlar Birliyi Azərbaycan aşıqlarının yaradıcılıq təşkilatıdır və 1984-cü ildə yaradılmışdır. Birlik aşıqların ədəbi irsinin üzə şıxarılması, toplanması, nəşri, təbliği və tətbiqi sahəsində iş aparır,gənc istedadların yaradıcılıq qabiliyyətinin formalaşmasına kömək edir, müasir aşıq sənətinə dair konfranslar, seminarlar, məclislər, görüşlər təşkil edir, xeyriyyə tədbirləri keçirir. Naxçıvan, Gəncə, Şamaxı, Tovuz, Qazax və digər bölgələrdə, eləcə də Gürcüstan, Türkiyə və İranda birliyin şöbələri var.  2010-ci ildən birliyin “Ozan dünyası” adlı jurnalı nəşr olunur. 

Ünvan: Bakı, Səbail, Böyük Qala, 24
Tel: (+99412) 709-33-66
Veb-səhifə: www.azab.az 



Oxunub: 443382