Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Dövlət Agentlikləri    » Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi   

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

  


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən  yaranmışdır və elə həmin fərmanla da agentliyin tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılmışdır.

Dövlət Agentliyi xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanıdır.
“ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, 
elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır. 

Ünvan:  Azərbaycan Respublikası, Bakı, Az 1078, Akademik Həsən Əliyev küçəsi, 36

E-poçt:   info@asan.gov.az
Tel:   (+994 12) 108 (“Çağrı” mərkəzi);
                        (+994 12) 444-74-44
Faks:               (+994 12) 444-74-45

Elektron sənəd dövriyyəsi şöbəsi: 
Tel: (+994 12) 444-74-74, 444-74-75
İnternet-saytı: www.asan.gov.az



Oxunub: 120420



Azərbaycan Televiziyaları
İnternet Radio