Baş səhifə    » HAQQIMIZDA    » Layihələrimiz    » www.president-az.com   

www.president-az.com

  



21 avqust 2013- cü il tarixində azerbaijans.com saytı yeni layihəsini təqdim etdi.

Prezident İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyətinin nəticələrini əks etdirən və  yeddi dildə təqdim olunan www.president-az.com adlı bu sayt internet texnologiyalarının ən yeni nailiyyətləri əsasında hazırlanmışdır  və orijinal təqdimat üslubuna malikdir.  Sayt cəmi 40 bölmədən ibarətdir. Bölmələr Azərbaycanda prezident İlham Əliyevin ötən 10 ili əhatə edən hakimiyyəti dövründə iqtisadiyyatdan başlayaraq  sosial təminata , ordu quruculuğundan xarici siyasətə, mədəniyyətə, idmana və digər sahələrə dair görülmüş işlərin, həyata keçirilmiş islahatların nəticələrini əks edirir. Bölmələrdə 300-dən çox məqalələr  toplusu yerləşdirilmişdir. Həcmcə yığcam olan bu məqalələr faktlar və rəqəmlər, inkişaf dinamikasına dair göstəricilər üzərində qurulmuşdur.
Bundan əlavə, verilən informasiyaları dolğunlaşdırmaq və vizuallaşdırmaq məqsədilə saytın video və foto qalereya bölməsi də fəaliyyət göstərir. 
Saytla tanış olmaq üçün www.president-az.com  linkinə müraciət edin.



Oxunub: 440976



Azərbaycan Televiziyaları
İnternet Radio