Baş səhifə    » XALÇAÇILIQ    » Xalçaçılıq məktəbləri    » Quba məktəbi   

Quba məktəbi

  

Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə-Qonaqkənd, Buduq, Qırız, Cek, Salmasöyüd və s. kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar.
Dağətəyi hissədə xalça istehsalı-Əmirxanlı, Xəlfələr, Şahnəzərli, Pirəbədil, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi və s. kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərində mərkəzləşib. Bu məktəbə həmçinin Dərbənd ərazisində toxunan xalçalar da daxildir. Quba xalçalarının ən parlaq kompozisiyaları " Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir.




Oxunub: 65292