Baş səhifə    » XALÇAÇILIQ    » Xalçaçı rəssamlar   

Xalçaçı rəssamlar

  


Kamil Əliyev (1921-2005)
Xalçaçı-rəssam. K.Əliyev Azərbaycan rəssamlıq sənətində, o cümlədən, xalçaçılıq sənətində də özünəməxsus yeri olan sənətkardır. Bakı Rəssamlıq Məktəbində (BRM) tanınmış rəssam Əzim Əzimzadənin tələbəsi olubdur.. 
Kamil Əliyev 1946-cı ildən Respublika Bədii Fonduna (RBF) rəhbərlik etmişdir.
1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutub.
Dünyada portret-xalçaların ən yaxşı nümunələrini Kamil Əliyev yaratmışdır. Bu sahədə ilk işi "Füzuli" xalçası olmuşdur.
Rəssamın əsərlərindən- Atatürkün, ABŞ-ın eks-prezidenti Bill Klinton və xanımının, İndira Qandinin, Şota Rustavelinin, Puşkinin portret-xalçaları yaxın-uzaq ölkələrdə yüksək dəyərləndirilmişdir.

Cəbrayıl Əhmədov (1876-1966)
Görkəmli xalça ustası C. Əhmədov "Azərxalça" İstehsalat Birliyinin yaradıcısıdır. Onun fəaliyyəti dövründə Bakı xalça artelində yüksək kefiyyətə malik bir sıra xalçalar (Nizaminin "Xəmsə"si, "V.İ. Lenin", "İ.V.Stalin") ölçüsünə görə Azərbaycanda toxunan ən böyük xalçalar olmuşlar.

Cavanşir Əliyev (1948-2011)
Xalça rəssamı C. Əliyev yaratdığı sənət əsərlərin görə sıra beynəlxalq miqyaslı diplom və mükafatlara layiq görülmüşdür. O, çoxsaylı fərdi sərgilər müəllifidir. Əsərlərinin 50 faizə qədəri xarici ölkələrdə tanınır.

Lətif Kərimov (1906-1991)
Lətif Kərimov 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" Birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərmişdir. Lətif Kərimovun Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilmişdir. O, min illərdən başlayaraq Azərbaycan xalçaçılarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplanmış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlamışdır. Lətif Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda xalça muzeyi təşkil olunmuşdur.

Aydın Rəcəbov (1944)
Xalça rəssamı A. Rəcəbov bir çox beynəlxalq sərgilərdə iştirak etmişdir. Azərbaycan Respublikasıındakı muzeylərdə və Almaniya, Norveç, Rusiyadakı şəxsi kolleksiyalarda onun xalçaları saxlanmaqdadır.



Oxunub: 406524



Azərbaycan Televiziyaları
İnternet Radio