Baş səhifə    » TEATR    » Teatrlar    » Azərbaycan Dövlət Filarmoniyası   

Azərbaycan Dövlət Filarmoniyası

  



Azərbaycan Dövlət Filarmoniyası Bakıda konsert kompleksidir. Azərbaycan Dövlət Filarmoniyasının binası 1910-1912-ci illərdə “İctimai toplantıların yay binası” proyekti kimi inşa edilmişdi. 
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakəndə fəaliyyət göstərən ansambllar, örkestrlər və musiqi həvəskarları bu binada toplandı. 1936-cı il mayın 25-də SSRİ-nin (MDB) başqa respublikalarında olduğu kimi Azərbaycanda da Filarmoniya yarandı. 1937-ci ildən Azərbaycan Dövlət Filarmoniyasına M. Maqomayevin adını daşıyır. Filarmoniya milli və klassik musiqiçilərin təkrarsız təbliğat ocağıdır.
Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir. Bunlar Azərbaycan Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti, F.Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı və bu kollektivin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Calğı Alətləri orkestridir.Oz daxilində fəaliyyət gostərən kollektivlərdən əlavə, burada xarici ölkələrdən gələn məşhur solistlərin çıxışları mütəmadi olaraq təşkil edilir. Bu siyahıda V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestrinin bədii rəhbəri və baş dirijoru Dmitri Xoxlov, Norveç Opera və Balet Teatrının solisti İngeborq Kosmo, Boyük Britaniya pianoçusu Deniel Qrimvud, Ukrayna Respublikasının xalq artisti, Vokalçıların Beynəlxalq Müsabiqələr laureatı Tatyana Pimenova, Türkiyə fleytaçısı Sefika Kutluer, Almaniyalı dirijor Pyer Domenik Ponnellenin və digərlərinin adı var. 



Oxunub: 232864



Azərbaycan Televiziyaları
İnternet Radio