Baş səhifə    » MUSİQİ ALƏTLƏRİ    » Zərb alətləri    » Böyük kos nağara   

Böyük kos nağara

  


Bəzi regionlarda “toy nağarası” da adlandırılır. Diametri başqa nağaralardan xeyli böyükdür.
Böyük nağara heç vaxt tək səsləndirilmir. Əksər hallarda cürə nağara ilə birlikdə ifa olunur. Texniki imkanları başqa nağaralara nisbətən məhduddur. Böyük ölçülü kos nağaralar unudulsa da, onların bir qədər kiçildilmiş forması hazırda zurnaçılar dəstəsində istifadə edilir. İki ağac toxmağı alətin hər iki üzünə zərbə vurmaqla səsləndirilir. Bu növ nağaralardan yalnız açıq havada istifadə edilir.
Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır. Diametri 400-450 mm, hündürlüyü 500-550 mm-dir.





Oxunub: 618334