Baş səhifə    » MUSİQİ    » Klassik musiqi    » Xor musiqisi   

Xor musiqisi

  



Xor yunan sözündən götürülüb, “choros” yəni, müğənnilər kollektivi. Xor tərkibinə görə həmcins (qadın, kişi, yaxud uşaq) və qarışıq, ifaçılarının sayına görə isə böyük və kiçik olur. Qarışıq xor 2 qrupdan ibarətdir;
- soprano, alto (qadın səsləri)
- tenor və bas (kişi səsləri).

Xor kollektivində hər qrup öz-özlüyündə bir neçə partiyaya ayrıla bilər. Qarışıq xorda ən azı 12 (hər qrupda 3 nəfər), ən çoxu 100-120 müğənni olur. Eyni zamanda xorun akapella və instrumental müşayiətli növləri vardır. Xor üçün nəzərdə tutulan musiqi əsərləri aşağıdakılardır: müstəqil əsər, yaxud opera, messa oratoriya və ya kantatanın bir hissəsi.
Azərbaycan xor musiqisinin inkişafında əhəmiyyətli rol oynamış Cahangir Cahangirov (1921-1992) “Arazın o tayında” vokal-simfonik poemasının, “Füzuli” və “Nəsimi” kantatalarının, “Sabir” və “Hüseyn Cavid-59” oratoriyalarının müəllifidir. O, həmçinin “Azad” və “Xanəndənin taleyi” operaları, dram tamaşaları, kinofilmlərə musiqi, müxtəlif instrumental əsərlər bəstələmişdir.

Azərbaycan Dövlət Xor Kapellası (ADXK) - Respublikanın aparıcı musiqi kollektivlərindən biridir. Azərbaycan Dövlət Flarmoniyasının (ADF) nəzdində 1966-cı ildə yaradılmışdır. Kapellanın yaranma tarixi uzun illər boyu kollektivə rəhbərlik etmiş əməkdar incəsənət xadimi, xormeyster Eduard Novruzovun adı ilə bağlıdır. 1996- cı ildən bu günə qədər Azərbaycan Dövlət Xor Kopellasının (ADXK) bədii rəhbəri və baş dirijoru xalq artisti Gülbacı İmanovadır. Xorun repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir, o cümlədən, muğamlar əsasında bəstələnmiş C. Cahangirovun “Füzuli” kantatası, “Azad” operasından “Çahargah” xoru, N. Əliverdibəyovun “Bayatı-Şiraz” və s. xor kompozisiyaları Azərbaycan Dövlət Xor Kapellasının (ADXK) repertuarında görkəmli yer tutur.



Oxunub: 68034



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on