Baş səhifə    » MƏTBƏX    » Dolma   

Dolma

  


Balıq dolması 
Balıq əti – 150 qram (q), soğan – 10q, üzüm yarpağı – 45q, keşniş – 20q, qatıq -50q, istiot və duz. Balığın (kütüm, suf, ağ balıq) təmizləyib sümükdən ayırırlar. Duz, istiot, xırda doğranmış baş soğan və keşnişlə qarışdırılır, ətçəkən maşından keçirilir. Üzüm yarpaqlarının saplağı kəsilir və qaynar suda pörtülür. Yarpağın hər birinə 25-30 qram qiymə bükülüb qazana qoyulur.

Yarpaq dolması
Qoyun əti – 180 q, düyü – 30 q, baş soğan – 20 q, göyərti (keşniş, şüyüd və nanə) – 15 q, tənək yarpağı – 40 q, qatıq – 20 q, ərinmiş yağ – 10 q, duz, istiot, darçın. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə qatılır). Qiymə üzüm yarpaqlarına bükülüb qazana qoyulur.

Heyva dolması
Qoyun əti – 108q, heyva – 400q, ərimiş yağ – 25q, şabalıd – 25q, şüyüd – 12q, şəkər – 5q, duz. Qoyun ətindən hazırlanmış qiyməyə duz, göyərti və qabıqdan təmizlənmiş şabalıd qatılır. Heyvanın içi çıxarılıb oraya qiymə doldurulur, üstünə bulyon töküb öz buğunda bişirilir.

Soğan dolması
Qoyun əti – 163q, baş soğan – 178q, düyü – 15q, qoyun quyruğu – 20q, ərinmiş yağ – 20q, qatıq – 50q, darçın – 0,1q, istiot – 0,1q, duz. Qiymə bibər dolmasında olduğu kimi hazırlanır. Lakin ona qızardılmış soğan qatılır. İri baş soğanın özəyi çıxarılıb içərisinə qiymə yerləşdirilir. Qazana yığıb azacıq bulyon əlavə edərək öz buğunda bişirilir.

Alma dolması
Qoyun əti – 60q, ərinmiş yağ – 10q, alma – 200q, baş soğan – 15q, şəkər – 5q, şərab sirkəsi – 10q, zəfəran – 0,1q, duz. Qoyun ətindən qiymə yağda qızardılır, üzərinə şəkər və sirkə əlavə edib hazır vəziyyətə çatdırılır. Orta ölçülü yumru almaların özəyi çıxarılır. Hazırlanmış almaya qiymə doldurulur və azacıq bulyonda bişirilir.

Badımcan dolması
Qoyun əti – 163 q, badımcan – 300q, baş soğan – 20 q, ərinmiş yağ – 20 q, pomidor – 50 q, göyərti (reyhan, keşniş) – 15 q, darçın – 0,2 q, qatıq – 50 q, istiot -0,1 q, duz. Badımcanın saplağı ilə birlikdə üçü kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1-2 dəq saxlanılır. İcərisi doldurularaq bişirilir.

Kələm dolması
Qoyun əti – 162 q, düyü – 20 q, noxud – 10 q, baş soğan – 15 q, kələm – 220 q, şabalıd – 50 q, keşniş – 15 q, pomidor – 50 q, şərab sirkəsi – 10 q, və ya limon turşusu – 2q, şəkər – 5 q, və ya doşab – 15 q. Qarışdırılıb kələmə bükülür və qazana qoyulur.



Oxunub: 106370