Baş səhifə    » MƏTBƏX    » Ov yeməkləri   

Ov yeməkləri

  



Lənkəransayağı qaşqaldaq 
Qaşqaldaq – 250q, xama – 10q, pomidor – 50q, limon – 15q, nar – 20q, istiot, duz. Qaşqaldaq təmizlənir, istiot və duz vurulur. Üzərinə xama sürtülüb şişə taxılır. Manqalda közərmiş kömür üzərində və ya təndirdə qızardılır. Qızardılmış qaşqaldaq boşqaba qoyulur, yanına pomidor, limon dilimləri, nar dənələri və göyərti düzülür.

Qızardılmış turac 
Turac – 280q, xama – 10q, baş soğan – 30q, pomidor – 50q, xiyar – 50q, cəfəri və keşniş göyərtisi – 30q, istiot, duz. Turac təmizlənir, istiot və duz vurulur. Üzərinə xama sürtülüb şişə taxılır. Manqalda və ya təndirdə qızardılır. Qızardılmış turac şişdən çıxarılıb başqaba qoyulur, yanına doğranmış baş soğan, pomidor, xiyar və göyərti düzülür.

Ov quşu ilə plov
Ov quşu – 330 q, düyü – 120 q, əridilmiş yağ – 40 q, kişmiş – 30 q, zoğal axtası – 20 q, qaysı – 25 q, şabalıd – 50 q, zəfəran – 0,1 q, duz. Ov quşu yarım hazır olana qədər bişirilir. Soğan yağda qızardılır, ona kişmiş, xırda doğranmış meyvə qurusu və şabalıd əlavə edilir. Sonra bunlar quşun içərisinə doldurulur. Düyüdən adi qaydada plov bişirilir, içi doldurulmuş quş təmiz tənzifə bükülür və qazanda düyünün altına yerləşdirilib dəmə qoyulur. Süfrəyə verilən zaman boşqaba düyü çəkilib üstünə quş əti qoyulur və yağ tökülür.



Oxunub: 183077



Azərbaycan Televiziyaları
İnternet Radio