Baş səhifə    » MƏTBƏX    » İçkilər   

İçkilər

  



Meyvə şərbəti
Limon şirəsi – 20q, portağal şirəsi – 40q, su 80q, çay dəmi -200:1q) – 5q, lumu – 5q, portağal dilimi – 10q, çiyələk və ya albalı, zoğal – 10q, nanə yarpağı – 10q, buz 0 20q.

Zəfəran şərbəti
Şəkər – 30q, su – 150q, zəfəran – 0,15q, reyhan və ya nanə toxumu – 0,1q, buz – 20q. Zəfəran, reyhan və nanə toxumu qaynadılmış suda 3-4 saat saxlanılır və şəkər əlavə edilir. Şərbət süzülür və soyudulur. Süfrəyə verildikdə içərisinə buz tikələri salınır.

Nar şərbəti
Şəkər – 30q, nar şirəsi – 40q, su – 120q, buz – 20q. Şəkər qaynadılmış suda əridilir. Nar ayrıca qaba sıxılır, alınmış şirə şərbətə qatılır və soyudulur.

Zirə şərbəti
Şəkər – 50q, zirə – 0,12q, hil – 0,1q, su – 120q, buz – 50q. Xırdalanmış zirə və hil toxumu 3-4 saat qaynadılmış suda saxlanılır və şəkər əlavə edilir. Süzülür və soyudulur.

Nanəli şərbət
Şəkər – 30q, nanə toxumu – 0,4q və ya təzə nanə – 15q, su 150q, buz – 50q. Zirə şərbəti kimi hazırlanır. Təzə nanə dəmi almaq üçün onu xırdalayıb üzərinə qaynadılmış su tökürlər.

Şəkər şərbəti
Şəkər – 50q, zəfəran – 0,1q, keşniş toxumu – 0,1q, hil – 0,1q, su – 120q, buz – 50q. Zəfəran xırdalanmış keşniş toxumu və hil 3-4 saat qaynadılmış suda saxlanılır və şəkər əlavə edilir. Süzülür və soyudulur.

Limon şərbəti 
Limon – ¼ əd., şəkər – 50 q, zəfəran – 0,1q, su – 100 q, reyhan və ya keşniş toxumu – 0,1 q, buz-50 q. Limon qabığı xırda doğranılır, uzərinə qaynar su, reyhan və ya nanə toxumu əlavə edilir. 3-4 saat saxlanılır, süzülür, şəkər və limon şirəsi qatılıb soyudulur. Süfrəyə verdikdə zəfəran şirəsi və buz əlavə edilir

Ovşala
Şəkər – 30 q, qızıl gül ləçəkləri – 20 q, limon turşusu – 0,1 q, su – 150 q, buz – 20 q. Qızıl gül ləçəklərinə qaynayan su tökülür, limon turşusu əlavə edilir və 8-10 saat saxlanılır. Bundan sonra süzülür, şəkər əlavə edilir və soyudulur. Bəzən üzərinə gülab tökülür.

Südlü şərbət 
Şəkər – 30 q, su – 70 q, süd- 100 q. Su qaynadılır və şəkər həll edilib soyudulur. Süd ayrıca qaynadılır və soyuduqdan sonra şərbətə qatılır.



Oxunub: 112608



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on