Baş səhifə    » BALET    » Xoreoqrafiya   

Xoreoqrafiya

  


Qəmər Almaszadə (1915-2006)
Qəmər Hacıağa qızı Almaszadə Azərbaycan balet rəqqasəsi, Azərbaycan Respublikası xalq artistidir.
1950-ci illərdə baleti tərk etmiş, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin (BXM) direktoru kimi çalışmışdır.

Maqsud Məmmədov (1929)
Maqsud Davud oğlu Məmmədov Azərbaycan Dövlət Opera və Balet Teatrının (ADOBT) solisti işləmiş, Xalq artistidir. Xoreoqraf kimi fəaliyyət göstərmişdir.

Leyla Vəkilova (1927-1996)
Leyla Məhəd qızı Vəkilova 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçmişdir. Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs demiş və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik etmişdir. O, 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin (BXM) professoru idi. 

Rəfiqə Axundova (1931)
Rəfiqə Hacı qızı Axundova Azərbaycanın balet artisti, baletmeysterdir. 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini (BXM) bitirmişdir. 1951-52-ci illərdə Moskvada Böyük Teatrda təkmilləşmə kursu keçmişdir. 1970-ci ildən Azərbaycanın Xalq artistidir. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir.

Tamilla Şirəliyeva (1946)
Tamilla Xudadat qızı Şirəliyeva Azərbaycanın balet artistidir. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir. 1977-ci ildən pedaqoji fəaliyyət göstərir.

Əlibaba Abdullayev (1915)
Ə. Abdullayev Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (ADMRA) bədii rəhbəri idi.
Azərbaycan rəqs sənətinin inkişafında böyük xidmətlərinə görə Ə. Abdullayev Azərbaycan SSR xalq artisi fəxri adına layiq görülmüşdür.

Əminə Dilbazi (1919-2010)
1936-39-cu illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı (ADFM) və Dövlət Rəqs Ansamblının (DRA) solisti, sonralar isə rəqs qrupunun rəhbəri olmuşdur. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.



Oxunub: 94693



Azərbaycan Televiziyaları
İnternet Radio