Baş səhifə    » TARİX    » Azərbaycan dövlətləri    » Kuti ölkəsi   

Kuti ölkəsi

  


Urmiya gölündən qərbdə və cənub-qərbdə məskunlaşan kutilər e.ə.III minilliyin ikinci yarısında birləşib Kuti dövlətini yaratdılar. Lullubi və Akkad dövlətləri ilə həmsərhəd olub. E.ə. XXII əsrin əvvəllərində (e.ə. 2175-ci ildə) Akkad dövlətini süquta uğradan kutilər təxminən 80 il müddətində Mesopotamiyanı hakimiyyətləri altında saxlamışlar. E.ə. 2104-cü ildə kutilərin hakimiyyətinə son qoyulub.

Hökmdarların hakimiyyət illəri:
e.ə.təxm. 2225-2205 Enridavazir
e.ə.təxm. 2204-2197 İmnan
e.ə.təxm. 2198-2192 İnqeşauş
e.ə.təxm. 2191-2185 Sarlaq
e.ə.təxm. 2184-2178 Yarlaqaş
e.ə.təxm. 2177-2171 Elulumeş
e.ə.təxm. 2135-2133 Laharab
e.ə.təxm. 2127-2120 Puzur-Suen
e.ə.təxm. 2120-2113 Yarlaqanda
 e.ə.təxm. 2112-2105 Sium



Oxunub: 178341



Azərbaycan Televiziyaları
İnternet Radio