Baş səhifə    » TARİX    » Azərbaycan dövlətləri    » Salarilər dövləti   

Salarilər dövləti

  


Yaxın və Orta Şərqdə yaranmış siyasi hərcmərclik şəraitində Sacilər dövləti də uzun zaman davam gətirə bilmədi. Azərbaycanda çəkişmələrdən istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd 941-ci ildə axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) qalib gələrək ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd (941-957) Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər. Bundan başqa, Mərzban ibn Məhəmməd Ermənistan ərazisini də öz dövlətinə qatdı, Şərqi Gürcüstanı tabe etdi.
Beləliklə, Salarilər dövlətinin şimalda Dərbənddən, cənubda Dəclə və Fərat çaylarının yuxarı axarlarına, şərqdə Xəzər dənizindən, qərbdə Gürcüstana qədər uzanırdı.  
Bununla, sacilərdən sonra Salarilər sülaləsinin hakimiyyəti illərində yenidən bütün Azərbaycan torpaqları vahid dövlət daxilində birləşdi.
Salarilərin hakimiyyəti illərində Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbaycanın bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı. Müxtəlif etnik boyların Azərbaycan xalqı ilə qaynayıb-qarışması sürətləndi. Bununla belə, Mərzban ibn Məhəmmədin ölümündən sonra (957) onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət üstündə gedən ara savaşları mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu. Xəzərsahili Azərbaycan vilayətlərinin tez-tez rusların basqınlarına məruz qalması, 944-cü ildə Bərdənin qarət olunması və şəhər əhalisinə dəhşətli divan tutulması Salarilər dövlətinin süqutunu daha da sürətləndirdi.
Salarilər dövlətinin varlığına 981-ci ildə Rəvvadilər tərəfindən son qoyulub. 
Paytaxtı Ərdəbil şəhəri

Hakimiyyətdə olan hakimlər:
942-957 Mərzuban ibn Məhəmməd
961-981 İbrahim ibn Mərzuban






Oxunub: 93480



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on