Baş səhifə    » TARİX    » Azərbaycan sultanlıqları    » Qarabağ məlikləri   

Qarabağ məlikləri

  


Dizaq məlikliyi 

Orta əsrlərdə Qarabağın kiçik feodal hakimliyi olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin ortalarından Qarabağ xanlığının tərkibinə daxil olub. 1813-cü ildə Qarabağın tərkibində Rusiyaya ilhaq edilmişdi.

Gülüstan məlikliyi
Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar Gülüstan qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonra isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə xanlıqla birlikdə Rusiyaya ilhaq olunub.

Vərəndə məlikliyi
Orta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranıb. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinə daxil olub. XVIII əsrin ortalarında Qarabağ xanlığına birləşdirilib.

Xaçın məlikliyi
XII əsrdə Qarabağın dağlıq hissəsində yaranıb və yerli alban hakimləri tərəfindən idarə olunub. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin ortalarında isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə həmin xanlığın tərkibində Rusiyaya ilhaq olunub.

Crabert məlikliyi
Orta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmış kiçik feodal dövləti olub. Mərkəzi Crabert qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin II yarısında isə Qarabağ xanlığının tərkibinə qatılıb. 1813-cü ildə xanlığın tərkibində Rusiyaya ilhaq olunub.




Oxunub: 477789



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on