Baş səhifə    » COĞRAFİYA    » Fiziki coğrafiya    » Faydalı qazıntılar   

Faydalı qazıntılar

  



Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Bu yanacaq Abşeronda- Xəzərin sahilində, Bakı və Abşeron arxipelağından daha çox çıxarılır. Bundan başqa, Cənub-Şərqi Şirvan, Mərkəzi Aran (Muradxanlı və Mollakənd), Qobustan, Ceyrançöl, Acınohur və Siyəzən (Dəvəçi) də neft-qazla zəngindir. 
Muradxanlı yatağı Mezozoy erasında yaranmış, qalanları isə Kaynazoy yaşlıdır.
Dəri və yel xəstəliklərini Naftalan nefti ilə müalicə edirlər. Yanar şistlər Qobustan və İsmayıllıda aşkar edilmişdir.
Azərbaycan filizli yataqlarla da zəngindir. Ən iri dəmir filizi yatağı Daşkəsəndədir. Buna görə də Kiçik Qafqaz "Azərbaycanın Uralı" adlandırılır. Zəylikdə dünya əhəmiyyətli alunit yatağı vardır. Mis yataqları Gədəbəy və Kəlbəcərdədir.
Parağaçay və Qapıcıq molibden yatağı sənaye əhəmiyyətlidir. Batabat və Biçənəkdə də kəşf edilmişdir. Polimetal Gümüşlü (Naxçıvan), Mehmanə (Ağdərə) və Filizçay (Balakən) yataqlarından çıxarılır. Çovdar kəndindən çıxarılan barit neft sənayesində istifadə edilir. Naxçıvanda Nehrəm duz yatağının 1 mlrd. ton ehtiyatı var. Kiçik Qafqazın kükürd kolçedanı ən böyük sərvətdir.
Qazax rayonundakı bentonit gili yatağı, Tovuz rayonundakı Ağdağ seolit yatağı, Goranboy rayonundakı Ağcakənd gips yatağı, Qobustan, Abşeron, Tovuz əhəngdaşları, Şahtaxtı (Naxçıvan) və Kəlbəcər travertin daşları, Daşkəsən mərməri, Hacıvəlli kvarslı qumların böyük təsərrüfat əhəmiyyəti vardır.
Kİçİk Qafqaz və Naxçıvanda 50-dən artıq civə yatağı aşkar edilmişdir. Sorbulaq, Ağyataq və Löhçay yataqları Kəlbəcərdədir.
Azərbaycan mineral sular muzeyidir. Burada 10-dan artıq mineral su tipi mövcuddur. Kəlbəcərdə çıxan “İsti su” bulağı keyfiyyətcə Çexiyadakı məşhur “Karlovi vari” mineral bulağından üstündür.
Bundan əlavə, Azərbaycanda çoxlu termal bulaqlar var.



Oxunub: 187269



Azərbaycan Televiziyaları
İnternet Radio