Baş səhifə    » COĞRAFİYA    » Fiziki coğrafiya    » Landşaft qurşaqları   

Landşaft qurşaqları

  



Düzənlik və dağlıq ərazilər landşaft qurşaqlannın paylanmasına görə bir-birindən fərqlənir. Azərbaycanın ərazisində aşağıdakı landşaft qurşaqları ayrılır.
Kür-Araz ovalığı, Samur-Dəvəçi ovalığı, Abşeron yarımadası və Şərur-Ordubad düzənliyində yarımsəhra landşaft (almanca land-torpaq, şaft-əlaqə deməkdir) qurşağı yayılır. Bu qurşağa Kür-Araz ovalığı zonasında 600 m hundürlüyə qədər olan sahələrdə, Naxçıvanda isə 700-1500 m-lik zolaqda rast gəlinir.
Yarımsəhralarda boz, boz-çəmən, boz-qonur və şoran torpaqları yayılır. Onların üzərində yovşan, gəvən, kəngiz, dəvətikanı, şoran bitkiləri, efemerlər çoxdur.
Şollar düzü, Lənkəran ovalığı, Alazan-Əyriçay vadisi və Qarabağ düzünün Sultanbud sahəsini düzənlik çəmən-meşə landşaft qurşağı örtür. Bu landşaft sahəsinə çaylar boyu bitən tuğay meşələri də daxildir. Landşaft zonası Xəzər dənizinin səviyyəsindən 300 m hündürlüyə qədər ərazilərdə, Alazan-Əyriçay vadisində isə 200-600 m hündürlüklər arasında yerləşir.
Alçaq dağlıq zonalarda, 800-1200 m hündürlükdə dağ çölləri landşaft qurşağı formalaşmışdır. Naxçıvanda bu qurşaq 1500 m-dən 2500 m hündürlüyədək ərazilərdə, Talış dağlarında 1500-1800 m hündürlüklərdə yayılır. Dağ çöllərinə Acınohur və Ceyrançöl alçaq dağlıq zonalarında, Dağlıq Şirvanda, Kiçik Qafqaz dağlarının ətəklərində (600 m hündürlüyə qədər), Talış dağlarının orta dağlıq zonalarında rast gəlinir. Buraya daxil olan ərazilərdəki dağ-şabalıdı, qəhvəyi dağ-meşə və dağ-qara torpaqlarda bitki örtüyü zəngindir. Onlara efemerlər, yovşan, şibyə və müxtəlif kolluqlar aiddir.
Qobustanda, Acınohur gölünün ətrafında, Ceyrançöldə və Naxçıvanda dağ yarımsəhraları landşaft qurşağı yerləşir.
Respublikanın dağlarının 800-2200 m hündürlüyü olan yamaclarında meşə landşaft qurşağı əmələ gəlmişdir. Bu qurşağa dağların ətəklərində, alçaq və orta dağlıq zonalarda bitən en-liyarpaqlı meşələr və meşələrdən sonrakı kolluqlar da daxildir.
Xocaşen-Göyçay (Axarbaxar) və Ləngəbiz silsilələrində, Qaraməryəm (tirəsinin cənub yamaclarında, həmçinin Zəngilan rayonunun cənub-qərbində meşə-kol landşaft qurşağı yerləşir. Talış dağlarının cənub-qərbində, Naxçıvanın orta dağlıq zonalarında seyrək otlar, kserofit kollar bitən arid landşaft qurşağı formalaşmışdır.
Böyük və Kiçik Qafqaz dağlarında, Naxçıvanda 1800-3000 m hündürlüklər arasında yüksək dağ çəmənlikləri landşaft qurşağı yerləşir. Meşə və subalp çəmənliklərinin qovuşduqları sahələrdə, 1600-2200 m-lik zolaqda olan ərazilər meşə-çəmən landşaft qurşağı hesab edilir. Kiçik Qafqaz dağlarında bu dağ çəmənlikləri daha geniş əraziləri əhatə edir.
Dağ çəmənliklərindən sonra qayalıq-daşlıq landşaft qurşağı yerləşir. Ona subnival qurşaq da deyilir. Bu qurşağa Baş Qafqaz, Murovdağ, Zəngəzur və Qarabağ silsilələrinin suayrıcı zonalarında rast gəlinir. Təbii-iqlim şəraitinin sərt olması ih əlaqədar subnival qurşaq torpaq-bitki örtüyünün məhrumdur. Burada moren, kar, sirk və troq dərəsi kimi qədim buzlaq relyef formalarına rast gəlinir. Böyük Qafqaz dağlarının yüksəək zirvələrində daimi buzlaqlar vardır. Nival-buzlaq zona adlanan bu landşaft qurşağı 3000 m-dən yüksək sahələrdə yerləşir.



Oxunub: 73409



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on