Baş səhifə    » COĞRAFİYA    » Nəqliyyat coğrafiyası    » Hava nəqliyyatı   

Hava nəqliyyatı

  



1924-cü ildə Bakı-Tbilisi aviaxəttinin açılması ilə Azərbaycanda hava nəqliyyatının əsası qoyulmuşdur. Bu sahə respublikanın müstəqillik əldə etməsi və xarici ölkələrlə əlaqələrin genişlənməsi prosesində sürətlə inkişaf edir. Əvvəllər əsasən MDB ölkələri ilə hava əlaqələrinə malik olan Azərbaycandan hazırda Avropa və Asiyanm bir çox ölkələrinə təyyarələr uçur.
Bakıda respublikanın ən mühüm təyyarə limanı (aeroport) yerləşir. Onun yeni kompleksinin tikilməsi ilə (30 sentyabr 1999-cu il) sərnişinlərə xidmət yüksəlmiş, çoxlu təyyarələr qəbul etmə və yola salmaq imkanları genişlənmişdir. Gəncə və Naxçıvanda da aeroportlar yenidən qurulmuşdur.
Respublika daxilində hava nəqliyyatında Gəncə, Naxçıvan, Yevlax, Şəki, Lənkəran şəhərlərində olan aeroportlar və digər şəhərlərdə yerləşən vertalyot meydançaları mühüm rol oynayır.
Aviasiyanın xidmətindən dağlıq rayonlarla əlaqə saxlamaq, təcili yüklər və xəstələr daşımaq, həmçinin kənd təsərrüfatı ziyanvevicilərinə qarşı mübarizə aparmaq üçün də istifadə edilir.




Oxunub: 81511



Azərbaycan Televiziyaları
İnternet Radio