Baş səhifə    » COĞRAFİYA    » Nəqliyyat coğrafiyası    » Su nəqliyyatı   

Su nəqliyyatı

  



Dünya okeanına birbaşa çıxışı olmayan Azərbaycan üçün Xəzər dənizindən su nəqliyyatında istifadə etmək çox vacibdir. Dəniz nəqliyyatı Xəzər hövzəsi ölkələrlə əlaqə saxlanmasında və onlarda çıxarılan neftin Azərbaycandan keçməklə dünya bazarına çıxarılmasında mühüm əhəmiyyət kəsb edir. Rusiyanın şərq rayonlarından və Mərkəzi Asiya ölkələrindən Azərbaycana gələn ən qısa yol məhz Xəzər dənizindən keçir.
Bakı təkcə respublikada yox, həm də Xəzər dənizində ən böyük limandır. Buna görə də bütün yüklər və sərnişinlər əsasən buradan daşınır. Bakı-Türkmənbaşı və Bakı-Bekdaş (uzunluğu 302 km) gəmi-bərələri yük və sərnişin daşıyır. Bakı-Türkmənbaşı gəmi-bərə xətti 1962-ci ildən işləyir. Bu iki şəhər arasındakı məsafə 343 km-dir. Azərbaycanın Xəzərsahili ölkələrlə əlaqələr saxlamasında Bakı-Mahaçqala, Bakı-Həştərxan, Bakı-Ənzəli, Bakı-Aktaıı və Bakı-Manqıstau dəniz yolu xətlərinin əhəmiyyəti böyükdür. Onlar vasitəsilə neft, neft məhsulları, ərzaq, taxta-şalban daşınır.



Oxunub: 71296



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on