Baş səhifə    » COĞRAFİYA    » Qoruqlar    » Eldarşamı Dövlət Təbiət Qoruğu   

Eldarşamı Dövlət Təbiət Qoruğu

  

Eldar Şamı Dövlət Təbiət Qoruğu 2004-cü ildə Samux rayonunun ərazisində yaradılmışdır. Qoruğun yaradılmasının başlıca məqsədi nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc,saqqız ağacı və s.) dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaqdır.
Hal-hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır. Burada meşələr əsasən Eldar şamı, ardıc, saqqız agacı, murdarça, doqquzdon, nar, efedra, zirinc, qarağan, dovşan alması, qaratikan kimi ağac və kollardan ibarətdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm-dir. Onun adı Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil edilmişdir.
Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir.







Oxunub: 266493