Baş səhifə    » COĞRAFİYA    » Qoruqlar    » Palçıq vulkanları Dövlət Təbiət Qoruğu   

Palçıq vulkanları Dövlət Təbiət Qoruğu

  

Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu 2001-ci ildə yaradılmışdır.
Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palsıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.
Təbii görkəmi və geoloji xüsusiyyətlərinə görə 23 palçıq vulkanına təbiət abidəsi statusu verilmiş, həmin vulkanların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mütəxəssislərinin iştirakı ilə «Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası» yaradılmışdır.



Oxunub: 101846