Baş səhifə    » COĞRAFİYA    » Qoruqlar    » Qarayazı Dövlət Təbiət Qoruğu   

Qarayazı Dövlət Təbiət Qoruğu

  


Qarayazı Dövlət Təbiət Qoruğu (QDTQ) 1978-ci ildə Qazax rayonu ərazisində yaradılmışdır. Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur.
Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir.
Meşəaltı kollar, cavan ağaclar nisbətən daha çox inkişaf etmişdir. Bunlar əsasən ağyarpaq qovaq, palıd, yemişan, böyürtkən, amorf, söyüd, qaramurdarça, iydə, göyəm və s. ibarətdir.
Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlinçik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər məskunlaşmışdır.
Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi sakinləridir.
Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.



Oxunub: 94058



Azərbaycan Televiziyaları
İnternet Radio