Baş səhifə    » COĞRAFİYA    » Qoruqlar    » Qızılağac Dövlət Təbiət Qoruğu   

Qızılağac Dövlət Təbiət Qoruğu

  


Qızılağac Dövlət Təbiət Qoruğu (QDTQ) 03 iyul 1929-cu ildə Azərbaycanın Qədim və İncəsənət Abidələrinin Qorunması Komitəsinin təşəbbüsü ilə yaradılmışdır. Qızılağac Dövlət Təbiət Qoruğu (QDTQ) respublikamızda sahəsinə görə birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur.
Qoruğun yaradılmasında əsas məqsəd ərazidə təbii kompleksin öyrənilməsi, burada məskunlaşmış bitki və heyvanat aləminin qorunması və sayının artırılması üçün əlverişli şəraitin yaradılmasıdır.
Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıq növləri vardır.
Qızılağac Dövlət Təbiət Qoruğuna hər il yazda yuva qurmaq üçün Şərq ölkələrindən qaranazlar, ərsindimdiklər, sarı və ağ vağlar, misir vağları və s. uçub gəlir. Burada turac, soltan toyuğu, qızılqaz, bəzgək, çay ördəkləri, qaşqaldaqlar, qu quşları və s. məskünlaşmışdır.
Qızılağac Dövlət Təbiət Qoruğunda (QDTQ) suda-quruda yaşayanlardan müxtəlif növ qurbağalar yaşayır. Sürunənlərdən Xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, biçimli ilanbaş, adi və su koramalı, gürzə və s. təsadüf edilir.
Burada məməlilərin də bir çox növlərinə təsadüf edilir. Ərazidə canavar, tülkü, çaqqal, çöl donuzu, qunduz, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır. Boyük Qızılağac körfəzində Xəzər suitisi məskunlaşmışdır.



Oxunub: 123348



Azərbaycan Televiziyaları
İnternet Radio