Baş səhifə    » DİASPORA    » Qurultaylar   

Qurultaylar

  


2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin - quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. 
2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayı diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım olmuşdur. Qurultayda qəbul olunmuş sənədlər - Dünya Azərbaycanlılarının II qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, qurultayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (YUNESKO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri xaricdə yaşayan azərbaycanlıların qurultaydan sonrakı müddətdə konkret fəaliyyət proqramıdır.
Dünya Azərbaycanlılarının III qurultayı prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” 2011-ci il 21 yanvar tarixli Sərəncamına uyğun olaraq bu ilin iyul ayında Bakı şəhərində keçirilmişdir.
2007-ci ilin noyabrın 17-dən 19-dək Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçirilmişdir. Qurultaya 1150 nümayəndə qatılmış və 30 ölkədən 550-dək qonaq dəvət edilmişdir. Qurultayda türk dünyasınının bütün problemləri müzakirə olunmuşdur.
2009-cu ilin aprelin 14-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin III qurultayı keçirilmişdir. Qurultayda Avropada yaşayan azərbaycanlıların təşkilatlanması, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər sahələrdə görülmüş işləri barədə hesabat verilib. 2007-ci ildə hazırlanmış və 2008-ci ildə İcraiyyə Komitəsinin iclasında təsdiq edilmiş «Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illər ərzində» Fəaliyyət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılmışdır. Toplantıda Konqresə yeni diaspor təşkilatları üzv qəbul edilmişdir.



Oxunub: 556216



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on