Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Milli Məclis   

Azərbaycan Respublikasının Milli Məclisi

  



MİLLİ MƏCLİS


Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Konstitusiyaya əsasən icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti - Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.
Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Ünvan: AZ 1152, Bakı, Parlament prospekti, 1
Tel: (99412) 498-97-48
Faks: (99412) 498-97-22
E-mail: azmm@meclis.gov.az




Oxunub: 357276



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on