Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikası Ədliyyə Nazirliyi   

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

  



Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.
Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və dövlət qeydiyyatını aparır, qanunvericiliyin təkmilləşdirilməsi və normativ sənədlərin layihələri üzrə təkliflər verir, qanun layihələrinin hazırlanmasında və hüquqi maarifləndirmə işinin aparılmasında iştirak edir.
Hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır, notariat fəaliyyətinə rəhbərlik edir, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, Azərbaycan Respublikası əhalisinin dövlət registrini həyata keçirir, dövlətlərarası övladlığa götürmə məsələləri və səlahiyyətləri çərçivəsində sənədlərin leqallaşdırılması üzrə zəruri tədbirlər görür.
Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, bölmələrinin fəaliyyətinin onların nizamnamələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənir. Bundan başqa, məhkəmə icraçılarına və müvafiq məhkəmə nəzarətçilərinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər görür, cəzaları icra edən müəssisə və orqanların fəaliyyətinə, cəzaların icrası və həbsdə saxlama zamanı normativ hüquqi aktların tələblərinə, o cümlədən cəzaların çəkilməsi şərtlərinə əməl olunmasına nəzarəti həyata keçirir.

Ünvan : AZ 1073, İnşaatçılar pr., 1
Tel.: (99412) 4300116
Faks: (99412) 4300981
E-mail: contact@justice.gov.az




Oxunub: 113388



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on