Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının Maliyyə Nazirliyi   

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

  

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası elan edilən vaxt yaradılmışdır. İlk maliyyə naziri Nəsibbəy Yusifbəyli olmuşdur.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamə əsasında fəaliyyət göstərir.
Hazırda Maliyyə Nazirliyi sisteminə Mərkəzi Orqanlar üzrə Xəzinə İdarəsi, Dövlət Əyar Palatası, Məlumat–Hesablama Mərkəzi, Maliyyə Elm–Tədris Mərkəzi daxildir.
Nazirlik Azərbaycan Respublikasının dövlət və icmal büdcələrin layihələrini hazırlayır və təsdiq edilmiş göstəricilərə uyğun olaraq dövlət büdcəsinin kassa icrasını təmin edir, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edir, dövlətin pul-kredit və gömrük siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir.

Ünvan: Azərbaycan, AZ 1022, Bakı ş., S.Vurğun küçəsi 83
Tel: (+994 12) 404 46 99
Faks: (
+994 12) 493 05 62
e-mail: [email protected]




Oxunub: 136803