Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi   

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi

  


Мüdаfiə Sənаyеsi Nаzirliyi qаnunvеriciliкlə müəyyən еdilmiş fəаliyyət istiqаmətlərinə uyğun müdаfiə, rаdiоеlекtrоniка, cihаzqаyırmа sənаyеləri sаhələrində dövlət siyаsətini və tənzimlənməsini həyаtа кеçirən mərкəzi icrа hакimiyyəti оrqаnıdır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilmiş və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır.
Azərbaycan Respublikası Мüdаfiə Sənаyеsi Nаzirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Nazirlik müdafiə sənayesi sahəsinə aid olan qanunvericilik aktlarının layihəsini hazırlayır, müdafiə sənayesi sahəsində öz səlahiyyətləri çərçivəsində normativ tənzimlənməni həyata keçirir. Nazirlik Dövlət Müdafiə Sifarişi Proqramı əsasında müdafiə təyinatlı məhsulların alınması, sifarişlərin yerləşdirilməsi, xidmətlərin göstərilməsi, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması, məhsulların yaradılması, istehsalı və təkmilləşdirilməsi üçün mövcud qanunvericiliyə uyğun olaraq tenderlər keçirir, müqavilələr bağlayır və müdafiə sənayesi sahəsində istifadə edilən malların, xammal, material, avadanlıq və elmi-texniki informasiyaların qanunvericiliklə nəzərdə tutulan qaydada idxal-ixracını həyata keçirir.
Bu qurum Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir, müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq edir, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənir.

Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı şəhəri,
Mətbuat prospekti 40
Tel./Faks: +(994 12) 439 24 53; +(994 12) 510 63 47
e-mail: info@mdi.gov.az





Oxunub: 79412



Azərbaycan Televiziyaları
İnternet Radio