Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi   

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

  


Nəqliyyat Nazirliyi dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilmiş və nazirlik fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi nəqliyyat sahəsində iqtisadi, investisiya, tarif və elmi-texniki siyasətin həyata keçirilməsi, nəqliyyatın ayrı-ayrı növlərinin inkişafına dair proqramların işlənib hazırlanmasının və yerinə yetirilməsinin təşkili ilə məşğul olur. Nazirlik dövlətin müdafiə ehtiyaclarının, yük daşımalarına və digər nəqliyyat xidmətlərinə olan tələbatların proqnozlaşdırılması, nəqliyyat kompleksinin, nəqliyyatın ayrı-ayrı növlərinin fəaliyyətinə dair normativlərin müəyyən edilməsi və təkmilləşdirilməsi, xarici ölkələrlə nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı kimi vəzifələri icra edir.
Nazirlik nəqliyyat sisteminin inkişafı istiqamətində dövlətin sosial-iqtisadi prioritetlərini həyata keçirir, ayrı-ayrı regionların nəqliyyat sisteminin inkişafında qeyri-bərabərliyin ləğv olunması ilə vətəndaşların bütün təbəqələrinin, o cümlədən ucqar ərazilərdə yaşayan vətəndaşların nəqliyyatla təmin olunmasını, nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasını, nəqliyyatın əhaliyə və ətraf mühitə neqativ təsirinin azaldılmasını, nəqliyyat kompleksi üçün ixtisaslı kadrların hazırlanmasını təmin edir.
Nazirlik ölkədə avtomobillərin sayının artmasının üstünlüklərindən maksimum istifadə etməklə yanaşı, onun cəmiyyət üçün mənfi nəticələrini məhdudlaşdırmağa yönəldilmiş sistemli tədbirlər də görür. Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası və xarici ticarətin genişləndirilməsi, nəqliyyat infrastrukturunun ona uyğun yenidən qurulmasını, Azərbaycanın tranzit ölkəsi kimi mövcud imkanlarından tam istifadə edilməsini, ölkə yükdaşıyıcılarının rəqabətədavamlılığının artırılmasını və nəqliyyat xidmətləri ixracının inkişafını təmin edir.

Ünvan: AZ 1122 Bakı, Tbilisi pr. 1054 
Tel. nömrəsi:(+99412) 430 99 41       
Faks nömrəsi:(+99412)430 9942
Elektron ünvan: common.dept@mintrans.az



Oxunub: 83874



Azərbaycan Televiziyaları
İnternet Radio