Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi   

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

  


Səhiyyə Nazirliyi əhaliyə tibbi yardım göstərən, sağlamlığın qorunması sahəsində dövlət proqramlarını hazırlayıb həyata keçirən mərkəzi icra orqanıdır.
1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldıqdan sonra Xalq Cümhuriyyəti Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub. Nazir vəzifəsinə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu gün qüvvədə olan Əsasnaməsi Heydər Əliyev tərəfindən 29 dekabr 1998-ci il tarixdə imzalanmış fərmanla təsdiq edilmişdir.
Nazirlik analığın və uşaqların mühafizəsi, ailənin planlaşdırılması üzrə tədbirlərin hazırlanaraq həyata keçirilməsini təmin edir, mülkiyyət formasından asılı olmayaraq, səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri olan tədbirlər görür. Azərbaycan Respublikası əhalisini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məlumatlarla təmin etmək, Azərbaycan Respublikası ərazisində dövlət sanitariya-epidemioloji salamatlığına nəzarəti təmin etmək, Azərbaycan Respublikası ərazisinə yoluxucu xəstəliklərin gətirilməsi və yayılmasının qarşısını almaq kimi vəzifələri də icra edir.
Nazirlik səhiyyənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik şəraitin, əhalinin sağlamlığı və ölüm vəziyyətinin öyrənilməsi məqsədi ilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq və fəaliyyətini təmin etmək, təbabət və əczaçılıq sahələrində elmi tədqiqatları inkişaf etdirmək, onların səmərəliliyini yüksəltmək, elm, texnika və qabaqcıl təcrübədə nailiyyətlər əldə etmək kimi məsələləri həll edir.

Ünvan: AZ1022, Bakı şəhəri, akademik M.Mirqasımov küç. 1A
Tel.: (+ 99412) 441 26 03 (kommutator); 598 50 94
Faks: (+ 99412) 493 06 95
Email: office@health.gov.az



Oxunub: 86332



Azərbaycan Televiziyaları
İnternet Radio