Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi   

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

  


Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən, suverenliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını, onun siyasi, iqtisadi və digər sosial maraqlarını diplomatik üsul və vasitələrlə təmin edən, onun vətəndaşlarının, hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarını digər dövlətlərlə, beynəlxalq təşkilatlarla diplomatik və konsul əlaqələrini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Xarici İşlər Nazirliyi 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. Həmin illərdə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacinski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci ilin aprelində Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan Sovet Sosialist Respublikası (SSR) Xalq Xarici İşlər Komissarlığı yaradılıb. Lakin SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasətinə tamamilə son qoyulmuşdur. Yalnız ikinci dünya müharibəsinin sonlarında sovet hökuməti öz maraqlarına uyğun olaraq 1944-cü ildə Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını bərpa etmişdir. 1946-cı ildən isə bu qurum Xarici İşlər Nazirliyinə çevrilib. Lakin həmin dövrlərdə XİN hələ də ciddi səlahiyyətləri olmayan qurum idi.
Sovet dövründə də Azərbaycan ölkənin beynəlxalq əlaqələrində bu və ya başqa dərəcədə iştirak etmişdir.
Azərbaycan XX əsrin sonunda ikinci dəfə dövlət müstəqilliyini bərpa edərək ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələr qurmağa başladı. Dövlət müstəqilliyi dünyanın əksər dövlətləri tərəfindən tanındı və diplomatik münasibətlər quruldu. Azərbaycan beynəlxalq və regional təşkilatların üzvü və ya yaradıcılarından biri oldu.

Ünvan: AZ 1009, Şıxəli Qurbanov küç., 4
Tel.: +994 (12) 596 90 00      
Faks: +994 (12) 596 90 01
e-mail: secretariat@mfa.gov.az




Oxunub: 92718



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on