Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Dövlət Agentlikləri    » Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi   

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

  


Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirən, normativ-hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz əsasnaməsini rəhbər tutur.
Agentlik əqli mülkiyyət hüquqları sahəsində müvafiq konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların icrasını təmin etmək; elm, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcı şəxslərin və digər hüquq sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdən cəmiyyətin tələblərinə uyğun kütləvi istifadə yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması tədbirlər görür.
Bundan başqa, rəqəmli informasiya texnologiyalarının və elektron ticarətin inkişafının tənzimlənməsi məqsədi ilə əqli mülkiyyətin bu istiqamətdən irəli gələn yeni obyektlərinə olan hüquqların qorunmasına aid mexanizmlərin yaradılmasına dair təkliflər hazırlayır və müvafiq tədbirlər görür və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

Ünvan: Bakı AZ1000 Hökumət Evi, giriş 5, mər.1
Telefon: 498 10 28 , 498-22-32
Faks: 498 10 28
E-mail: az-mha@azerin.com
İnternet səhifəsi: www.copag.gov.az



Oxunub: 85322



Azərbaycan Televiziyaları
İnternet Radio