Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Dövlət şirkətləri   

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)

  


1994-cü ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsinə dair tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olmuş saziş imzalandı.
Respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası prezidentinin 200 saylı 13.09.1992-ci il Fərmanı ilə ''Azərineft'' Dövlət Konserninin və ''Azərnefkimya'' İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Azərbaycan Respublikası prezidentinin 328 saylı 26 fevral 1993-cü il tarixli Sərəncamı ilə ARDNŞ-in yeni idarəetmə strukturu təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında” 50 saylı Sərəncamına əsasən, Dövlət Neft Şirkətinin strukturunda Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli 844 saylı Fərmanına əsasən ARDNŞ-nin Nizamnaməsi və onun strukturu təsdiq edilmiş, 18 sentyabr 2004-cü il tarixli 127 nömrəli və 22 dekabr 2005-ci il tarixli 340 nömrəli fərmanları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Şirkətin Nizamnaməsində və idarəetmə strukturunda əlavə və dəyişikliklər edilmişdir.
ARDNŞ respublikanın bütün ərazisində - quruda və dənizdə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, hazırlanması və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı, istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi ilə məşğul olur. O, həmçinin, böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirir.

Ünvan: Bakı şəhəri, AZ 1000
Neftçilər prospekti, 73
Tel.: 492-06-85
Fax: 497-11-67
E-mail: info@socar.az



Oxunub: 72543



Azərbaycan Televiziyaları
İnternet Radio