Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Dövlət şirkətləri    » Azərenerji ASC   

Azərenerji ASC

  

1935-ci ildə SSRİ (Sovet Sosialist Respublikalar İttifaqı) Ağır Sənaye Xalq Komissarının 29 iyul tarixli əmrilə “Elektrotok” İdarəsi “Azneft”in tərkibindən çıxarılaraq, SSRİ Ağır Sənaye Xalq Komissarlığının “Başenerji” Baş Enerji İdarəsinin tabeliyinə verilib və onun bazasında “Başenerji” Baş Enerji İdarəsinin “Azenerji” Azərbaycan Rayon Enerji İdarəsi yaradılıb.
“Azneft” trestinin 15 avqust 1935-ci il tarixli əmri ilə “Elektrotok” İdarəsi, tərkibində olan müəssisələrlə birlikdə, yeni yaradılmış “Azenerji” Azərbaycan Rayon Enerji İdarəsinin tərkibinə verilib və 20 oktyabr 1935-ci il tarixindən “Azenerji” Azərbaycan Rayon Enerji İdarəsi rəsmi fəaliyyətə başlamışdır.
1970-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR ərazisində yerləşən energetika müəssisə və təşkilatlarının SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin tabeliyinə verilməsi haqqında” qərarı ilə adı çəkilən nazirliyin tərkibində “Azenerji” İstehsalat Birliyi yaradılmışdır.
1988-ci ildə SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyi Azərbaycan SSR Energetika və Elektrikləşdirmə “Azbaşenerji” Baş İstehsalat Birliyi ləğv edilir və onun bazasında Azərbaycan SSR Energetika və Elektrikləşdirmə “Azenerji” İstehsalat Birliyi yaradılmışdır.
1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin 14 iyun 1993-cü il tarixli sərəncamı ilə Azərbaycan SSR Energetika və Elektrikləşdirmə “Azenerji” İstehsalat Birliyi Azərbaycan Respublikası Elektroenergetika və Elektrikləşdirmə “Azərenerji” Dövlət Şirkətinə çevrilmişdir.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1996-cı il tarixli fərmanına əsasən ilkin mərhələdə səhmləri 100 faiz dövlətə məxsus olmaqla, “Azərenerji” Açıq tipli Səhmdar Cəmiyyəti təsis edilib. “Azərenerji” ASC-nin səhmləri buraxılmamışdır.
Səhmdar Cəmiyyətin əsas funksiyası Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalının və ötürülməsinin idarə edilməsini həyata keçirməkdir.
Bununla yanaşı, Səhmdar Cəmiyyət hazırda Bakı şəhəri, onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını da həyata keçirir.

Ünvan: AZ 1005, Bakı, Azərbaycan
Ak. Əbdülkərim Əlizadə küç. 10
Telefon: (99412) 492 31 09
Fax: (99412) 492 63 55
E-mail: [email protected]
İnternet səhifəsi: www.azerenerji.com



Oxunub: 568424