Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Dövlət şirkətləri    » Azəriqaz QSC   

Azəriqaz QSC

  


Azərbaycan Respublikası Prezidenti 20 iyul 2009-cu il tarixdə ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Prezidentin 1 iyul 2009-cu il tarixli 366 nömrəli sərəncamı ilə «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti və onun tabeliyində olan təşkilatlar yenidən təşkil olunub. Onların bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi yaradılıb.
Həmin əmrlə ARDNŞ-nin “Qaz Əməliyyatları İdarəsi”nin adı dəyişdirilərək “Qaz İxrac İdarəsi” adlandırılıb. Yenidən təşkil olunan təşkilatlar sırasına «Azəriqaznəql» İstehsalat Birliyi (İB), «Yeraltı qaz saxlama» İstehsalat İdarəsi, «Bakı Baş İstehsalat» Qaz İdarəsi, «Təbii qazın qəbulu və satışı» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), «Naxçıvan qaz» MMC, «Nəqliyyat» Törəmə Səhmdar Cəmiyyəti, «Azəriqazsazlama» Səhmdar Cəmiyyəti, «Təmir-tikinti» İdarəsi, həmçinin Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu daxil olub.
«Azəriqаz» qazın istеhsаlı, еmаlı, sахlаnmаsı, nəqli, pаylаnmаsı, həmçinin sənаyе və istеhlаkçı qurğulаrının tikintisi, istifаdəsi, nəzаrəti, sınаğı və sеrtifikаtlаşdırılmаsı, istеhsаlçılаr, pаylаyıcılаr, istеhlаkçılаr və qаz аnbаrlаrı аrаsındа, idхаl-iхrаc və trаnzit məqsədilə qаzın bоru kəmərləri vаsitəsilə uzаq məsаfələrə ötürülməsi və s. üzrə fəаliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Az 1025, Yusif Səfərov küçəsi, 23
Telefon: (99412) 490-43-34
Faks: (99412) 490-42-92
E-mail: info@azerigaz.com
İnternet səhifəsi: www.socar.gov.az




Oxunub: 561568



Azərbaycan Televiziyaları
İnternet Radio