Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Dövlət şirkətləri    » Azərbaycan Hava Yolları QSC   

Azərbaycan Hava Yolları QSC

  

Azərbaycan Hava Yolları (AZAL, АЗАЛ, ”Azerbaijan Airlines”) “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxildir, Azərbaycanın nəhəng aviaşirkəti və milli aviadaşıyıcısıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. Qərargahı Bakı şəhərində yerləşir.
Aviaşirkətin əsas hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir. "Azərbaycan Hava Yolları" Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. 2014-cü ildə uzaq uçuş məsafəsinə malik olan “Boeing” təyyarələrinin yeni partiyası alındıqdan sonra Şimali Amerika və Cənubi-Şərqi Asiya ölkələrinə daimi marşrutların açılması planlaşdırılır.

Ünvan: Nizami küç. 84
Telefon: (+994 12) 598 88 80
Faks: (+994 12) 598 52 37
E-mail: [email protected]
İnternet səhifəsi: www.azal.az 



Oxunub: 84898