Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Komitələr və fondlar    » Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi   

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

  


Azərbaycanda qiymətli kağızlar bazarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Hələ 1900-cu ildə Bakıda fəaliyyət göstərən banklar tərəfindən veksellər və faiz kağızları istehsal edilmişdir. İlk səhmlər 1913-cü ildə Bakı Tacir Bankının nizamnaməsi təsdiq edildikdən sonra buraxılmışdır. 
Veksel bazarı Azərbaycan Demokratik Respublikası dövründə də inkişaf etdirilmiş, lakin Sovet hakimiyyəti dövründə məhdudlaşdırılmışdır. SSRİ-də qiymətli kağızlar bazarı 1922-ci ildə Yeni İqtisadi Siyasətə keçidlə əlaqədar yenidən dirçəlmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkənin qiymətli kağızlar bazarının yaradılması və inkişaf etdirilməsi məqsədilə, 1998-ci il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradılıb.
Komitə qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı normativ aktların qəbul edilməsi, qiymətli kağızların emissiyası və tədavülü, qiymətli kağızlar bazarı iştirakçılarının və investisiya fondlarının fəaliyyətləri, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarı, müvafiq fəaliyyət növlərinin lisenziyalaşdırılmasının həyata keçirilməsi ilə məşğul olur.
Qiymətli kağızlar bazarı depozitar xidmətinin yaradılması və fəaliyyət göstərməsi məqsədi ilə 1997-ci il 18 sentyabr tarixindən etibarən Milli Depozit Mərkəzi fəaliyyətə başlayıb.

Ünvan: AZ1000 Bakı,
Bülbül prospekti 19
Tel: (994 12) 4935058
Faks: (994 12) 5982559
E-mail: office@scs.gov.az



Oxunub: 526435



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on