Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Komitələr və fondlar    » Diaspora ilə iş üzrə Dövlət Komitəsi   

Diaspora ilə iş üzrə Dövlət Komitəsi

  


2001-ci il noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki azərbaycanlılarla sistemli iş aparılmasını təşkil etmək, onlar arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülmüşdür.
2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzalamışdır. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir.
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında yaradılmışdır.

Bakı şəhəri, AZ1000,
Səməd Vurğun küçəsi 24
Tel: (994 12) 493 10 54; (994 12) 498 49 73
Faks: (994 12) 498 61 87
E-mail: info@diaspora.gov.az



Oxunub: 126528



Azərbaycan Televiziyaları
İnternet Radio