Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Komitələr və fondlar    » Dövlət Gömrük Komitəsi   

Dövlət Gömrük Komitəsi

  

Bakı gömrüyü ilk dəfə Rusiya İmperiyası Senatının 25 yanvar 1807-ci il tarixli Fərmanı ilə 1809-cu ildə təsis edilərək Həştərxan Gömrük Dairəsinin tərkibinə daxil edilib. 1918-1920-ci illərdə gömrükxana Azərbaycan Demokratik Respublikasının Maliyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərib və onun funksiyalarında əhəmiyyətli dəyişikliklər baş vermişdir.
1832-ci ildən etibarən bu qurum “Bakı anbar gömrükxanası” adını almışdır. 1956-1988-ci illərdə Bakı Gömrükxanasının strukturunda müxtəlif dəyişikliklər aparılmışdır.
1989-cu il Azərbaycan Respublikası Gömrükxanası yaradılmışdır. Bu qurum SSRİ Nazirlər Sovet yanında Dövlət Gömrük Nəzarəti Baş İdarəsinin Bakı Gömrükxanası nəzdində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin yanvar ayında prezident fərmanı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradılmışdır.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Bakı şəhəri, AZ1073,
İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: [email protected]




Oxunub: 304288