Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Komitələr və fondlar    » Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi   

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

  


Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 19 sentyabr tarixli fərmanı ilə daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərin qəbulu, yerləşdirilməsi və güzəranları ilə əlaqədar məsələləri həll etmək məqsədilə Daimi Yaşayış Yerlərini Tərk Etməyə Məcbur olan Şəxslərlə İş üzrə Azərbaycan SSR Dövlət Komitəsi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 yanvar tarixli 396 nömrəli fərmanı ilə bu qurumun adı dəyişdirilərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi adlandırılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Ünvan: Bakı şəhəri,
Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az



Oxunub: 173835



Azərbaycan Televiziyaları
İnternet Radio