Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Komitələr və fondlar    » Sosial Müdafiə Fondu   

Sosial Müdafiə Fondu

  

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun formalaşması tarixi, ölkəmizdə iqtisadi münasibətlərin, eləcə də sosial sığorta və pensiya təminatı üzrə köklü dəyişikliklərin dinamikası ilə birbaşa əlaqəlidir.
SSRİ dövründə Azərbaycanda sosial sığorta və pensiya məsələləri müstəqil pensiya təminatı sistemi «haqqı ödəmədən sığorta» prinsipi ilə qurulmuşdur. Zəruri maliyyə vəsaitləri yalnız dövlət büdcəsi və ya müəssisələrinin ödənişlərindən götürülürdü.
1990-cı ildə SSRİ Sosial Sığorta Fondu yaradılmış və tabeçiliyindən asılı olmayaraq, bütün müəssisə, idarə, təşkilat, kooperativ, sovxoz, kolxoz və digər təşkilatların onun hesabına ayırmalar etməsi qərara alınmışdır. Bundan sonra 1991-ci ildə Həmkarlar İttifaqlarının Azərbaycan Respublikası Şurasının nəzdində Azərbaycan SSR Sosial Sığorta Fondu yaradılmışdır.
Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi haqqında Konstitusiya aktı elan edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə (16.12.1991) SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi Azərbaycan Respublikasının Pensiya Fonduna çevrilmişdir.
Azərbaycan Respublikası Qanunu ilə 1 iyun 1992-ci il tarixdən sosial sığorta üzrə ayırmaların əməyin ödənişi fondunun 40%-ni təşkil etdiyi müəyyən olunub. Qeyd olunan məbləğin 85%-nin Respublika Pensiya Fonduna, 15%-inin isə Sosial Sığorta Fonduna daxil olması nəzərdə tutulmuşdur.
Sosial sığorta və pensiya təminatının maliyyələşdirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası prezidentinin 30 sentyabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaradılmışdır.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Ünvan: Bakı şəhəri, H. Zərdabi prospekti, 80
Telefon: (+994 12) 434 60 18
Faks: (+994 12) 434 55 87
[email protected] 



Oxunub: 207685