Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Məhkəmələr    » Azərbaycan Respublikasının Ali Məhkəməsi   

Azərbaycan Respublikasının Ali Məhkəməsi

  


Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki (o cümlədən iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır.
Azərbaycan Respublikasının Ali Məhkəməsi kassasiya instansiyası olaraq Apellyasiya məhkəmələrinin qərarlarından verilən şikayətlərə kassasiya qaydasında baxır, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
Ali Məhkəmədə mülki, cinayət, hərbi və inzibti-iqtisadi kollegiyaları vardır.
Ali Məhkəmənin kollegiyalarında apellyasiya məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə; qanunla müəyyən edilmiş hallarda digər ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə, qanunla müəyyən edilmiş qaydada və hallarda Ali Məhkəmə sədrinin kassasiya qaydasında verdiyi təqdimatlar üzrə işlərə baxılır. 
Ali Məhkəmənin kollegiyaları məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının məhkəmələrinə metodik kömək göstərir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1025, 

Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə
contact@supremecourt.gov.az
http://www.supremecourt.gov.az


Şöbələr:
1. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsi: (+994 12) 496-58-16
2. Beynəlxalq əlaqələr şöbəsi: (+994 12) 496-58-17
3. Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsi: (+994 12) 493-39-83
4. Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi: (+994 12) 498-72-69
5. İnformasiya Texnologiyaları şöbəsi: (+994 12) 496-58-04
6. Məhkəmə nəzarətçiləri sektoru: (+994 12) 496-58-09
7. Ali Məhkəmə Plenumunun katibliyi: (+994 12) 598-36-09
8. Cinayət işləri üzrə məhkəmə kollegiyasının katibliyi: (+994 12) 493-96-77
9. Mülki işlər üzrə məhkəmə kollegiyasının katibliyi: (+994 12) 493-18-84
10. Hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının katibliyi: (+994 12) 493-95-11
11. İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının katibliyi : (+994 12) 493-74-30
   



Oxunub: 442151



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on