Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Məhkəmələr    » Azərbaycan Respublikasının Apellyasiya Məhkəmələri   

Azərbaycan Respublikasının Apellyasiya Məhkəmələri

  


Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.
Apelyasiya məhkəmələrində birinci instansiya məhkəmələri tərəfindən cinayət və inzibati, mülki və inzibati-iqtisadi mübahisələrə dair işləri üzrə çıxarılmış qərarlardan verilən apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxılır.
Apelyasiya məhkəmələri 4 kollegiyadan – mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Ünvan: Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə.
Tel.: 510-53-48
498-09-68
Faks: 510-53-48
E-mail: contact@bakuappealcourt.gov.az
 



Oxunub: 244213



Azərbaycan Televiziyaları
İnternet Radio