Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Məhkəmələr    » Azərbaycan Respublikasının İqtisad Məhkəməsi   

Azərbaycan Respublikasının İqtisad Məhkəməsi

  


Azərbaycan Respublikasının İqtisad Məhkəməsi iqtisadi mübahisələrə dair işlər üzrə yuxarı məhkəmə orqanıdır. İqtisad Məhkəməsi apelyasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş qaydada yerli iqtisad məhkəmələrinin və beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır.
Məhkəmənin tərkibinə (hal-hazırda 11 hakimdən ibarətdir) məhkəmənin sədri, sədr müavini və hakimləri daxildir. İqtisad Məhkəməsi Rəyasət Heyətindən və işlərə baxmaq üçün yaradılan məhkəmə tərkiblərindən ibarətdir.
İqtisad Məhkəməsinin Rəyasət Heyəti İqtisad Məhkəməsinin sədrindən, onun müavinindən və məhkəmə tərkiblərinin sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir. İqtisad Məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
İqtisad Məhkəməsinin Rəyasət Heyəti müvafiq işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili materiallarına baxır, qanunvericiliyin tətbiqi təcrübəsinə dair bu məhkəmələrin məlumatlarını dinləyir; qanunla müəyyən edilmiş qaydada iqtisadi sahədə qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir; İqtisad Məhkəməsi hakimlərinin sırasından məhkəmə tərkiblərini təsdiq edir; qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinə metodik kömək göstərir; qanunvericiklə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
İqtisad Məhkəməsi Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.

Ünvan: Bak şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə
Tel: 498-81-62



Oxunub: 126640



Azərbaycan Televiziyaları
İnternet Radio