Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Prokurorluq    » Azərbaycan Respublikası Baş Prokurorluğu   

Azərbaycan Respublikası Baş Prokurorluğu

  


Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilib.
F.Xoyski, X.Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olublar. 
Müstəqil Azərbaycan dövlətçiliyi süquta yetirildikdən sonra 11 iyul 1922-ci il tarixində Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulub.
Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə.Qarayev,  B.Vəlibəyli, B.Talıblı, A.Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olmuşlar. 
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra respublika yeni dövrə qədəm qoyub. 
Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və  ibtidai istintaq aparır, ibtidai istintaqa prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir, məhkəmə qərarlarından protest verir. Bundan başqa, məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak etmək, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına, nəzarət etmək də prokurorluğun fəaliyyət istiqamətlərinə aiddir.
Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.
Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. 

Ünvan: Bakı, AZ1001, Azərbaycan
Nigar Rəfibəyli küç. 7 
Теlefon:   (+99412) 492 30 23
Faks:        (+99412) 492 03 35
www.genprosecutor.gov.az 



Oxunub: 11750



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on