Baş səhifə    » ƏRAZİ    » Milli ərazi   

Milli ərazi

  


Asiya qitəsində Baqrau (Boqrov) dağlarının cənub ətəyindən Samur çayı vadisinədək, həmçinin Xəzər dənizinin qərb sahili ilə Urmiya gölünün qərb sahili arasında qalan ərazi Azərbaycan adlanır. Onun ümumi sahəsi 200 000 km2-dir.
Qara dənizdəki Taman yarımadasından Abşerona qədər 1500 km uzanır. Onun cənub-şərqini, Kiçik Qafqazın çox hissəsini, Kür-Araz ovalığını, Talış dağları, Savalan, Qaradağ, Bozquş silsiləsini və İran yaylasının bir hissəsini özündə birləşdirən dövlət Azərbaycandır.
Azərbaycan Avropa, Orta Asiya, Şərqi Asiyanı birləşdirən yolların - tarixi "İpək yolu"nun üstündə yerləşdirdiyi üçün əlverişli coğrafi mövqeyə malikdir. Ona görə də tarix boyu yadelli işğalçıların hücumlarına məruz qalmışdır. Azərbaycan şimal və şərq yarım-kürələrində yerləşir; coğrafi koordinatları belədir:
- ölkə 39°24', 41°54' şimal en dairələri arasında və 44°46', 50°45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Qərbdən şərqə 500 km, şimaldan cənuba 400 km uzanır. Qərbi ilə şərqi arasında saat fərqi 24 dəqiqədir.
Hazırda Azərbaycanın ərazisi 86,6 min km2-dir. Onun da 20%-i Ermənistanın işğalı altındadır.
Ucqar nöqtələri:
1. şm. - Quton dağı
2. c. - Astaraçay
3. ş. - Suiti b. (dənizdə "Neft daşları")
4. q. - Candargöl (Naxçıvanda Sədərək)

Qonşuları:
Dövlət sərhədləri Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.

Böyük göllər:
Sarısu - 67.0 kv.km
Ağgöl - 56.2 kv.km
Ağzıbirçala - 37.0 kv.km
Mehman - 35.0 kv.km
Böyükşor - 9.2 kv.km
Hacıqabul - 8.4 kv.km

Dünyada ən böyük göl -Xəzər dənizi sahəsi 400000 km2, dərinliyi-1025 m.
Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km-dir.
Xəzər dənizi ilə sərhəddinin uzunluğu Samur çayından Astaraçaya qədər 825 km-dir.

Ən yüksək dağ zirvəsi - Bazardüzü - 4466 m.

Böyük adalar:
Pirallahı - 14.4 kv. km
Çilov - 11.5 kv. km
Xərə-Zirə - 3.5 kv. km
Böyük-Zirə - 1.4 kv. km

Böyük çaylar:
Kür – 1515 km
Araz – 1072 km
Alazan (Qanıx) – 413 km
İori (Qabırrı) – 389 km
Samur – 216 km
Tərtər – 200 km



Oxunub: 65434



Azərbaycan Televiziyaları
İnternet Radio