Baş səhifə    » FƏLSƏFƏ    » VII-X əsrlərdə fəlsəfə    » “Saflıq qardaşları”nın fəlsəfəsi   

“Saflıq qardaşları”nın fəlsəfəsi

  

Orta əsrlərdə din ilə bidət arasında gedən açıq mübarizələr çox vaxt ağır faciələrə gətirib çıxardığı üçün X əsrin sonlarında yaranmış «Saflıq qardaşları» cəmiyyəti gizli fəaliyyətə başlamışdı. Onun mərkəzi orqanı Bəsrədə (İraq) yerləşsə də, üzvləri bütün müsəlman Şərq ölkələrinə, o cümlədən, Azərbaycana da mənsub olmuşdur. 
Xilafətə qarşı çıxan şiəliyin, xüsusən batinilik mövqeyində duran ismaililiyin və mütəzililiyin «Satlıq qardaşları»nın yaradıcılığına dərin təsiri açıq-aşkardır. «Saflıq qardaşları» eyni zamanda müxalifətçi sxolastlar kimi özlərini “ədalət əhli və həmd övladları” adlandırırdılar.
«Saflıq qardaşları» cəmiyyətin müxtəlif təbəqələrini təmsil edirdi.
«Saflıq qardaşları» geniş xalq kütlələri içərisində təbii-elmi biliklər yayır, dini fəlsəfələşdirməyə çalışırdılar. Onlar göstərirdilər ki, yaratdıqları təlim vasitəsilə Allahın razılığını qazanmaq yolunu yaxınlaşdırırlar. Bu təlimə görə, şəriət cəhalətlərlə korlanmış, yanılmalarla qarışmışdır. Onun təmizlənməsi və paklaşdırılması yalnız fəlsəfə ilə mümkündür. Çünki o, etiqadi hikməti və çalışqan məsləhəti əhatə edir. Göstərmişlər ki, yunan fəlsəfəsi ilə ərəb şəriəti nizamlandıqda kamillik hasil olar.
Dörd hissədən ibarət «Saflıq qardaşları və vəfa munisləri» ensiklopediyasıdakı əlli iki traktatdan on dördü riyaziyyat, on yeddisi təbiiyyat, onu metafizika və on biri ilahiyyat məsələlərinə həsr olunmuşdur. Riyaziyyata aid traktatlarda riyazi fənlərin idraki əhəmiyyəti yüksək qiymətləndirilmişdir. Saya dair traktatda deyilir ki, sayların nəfslərdəki surətləri mövcudatın materiyadakı surətlərinə uyğundur. Həndəsəyə dair traktatda məqsəd hissi şeylərdən əqli şeylərə, cismani şeylərə, cismani şeylərdən ruhi şeylərə, konkret şeylərdən mücərrəd şeylərə keçməkdə nəfsin düzgün istiqamətləndirilməsidir. Digər traktatlarda isə beləcə insan nəfsinin biliklərlə zənginləşdirilməsi, idraki qüvvələrə yiyələnməsi, nəhayət, kamilləşməsi, saflaşması qayəsi qarşıya qoyulur.
«Saflıq qardaşları»nın varlıq təlimində Pifaqorun və onun ardıcıllarının ideyaları mühüm yer tutur. Metafizikaya dair traktatlardan birində Pifaqor say elmi və onun xüsusiyyəti haqqmda ilk söhbət açan alim kimi səciyyələndirilir.
«Saflıq qardaşları»nm fıkrincə, fılosoflar, alimlər və hikmət sahibləri mövcud şeylərin başlanğıclarına dair varlığın əsaslarından bəhs etmişlər. Hər bir qrupun ağlına gətirdiyi şey digərlərinin ağıllarına gətirdikləri şeylərdən başqadır. Belə ki dualistlər ikiliyi, nəsranilər üçlüyü, naturalistlər dördlüyü, xürrəmilər beşliyi, digərləri altılığı, başqaları yeddiliyi, səkkizliyi, doqquzluğu ağıllarına gətirmişlər. Hər bir tayfa ağlına gətirdiyi şeyi söyləməklə ifrata varmış, ona aludə olmuş, ondan savayı heç şey tanımamışdır.
«Saflıq qardaşları» mövcud şeyləri yalnız ikilik, üçlük, dördlük yaxud da beşlik və s.ilə məhdudlaşdırmağı düzgün hesab etməyərək onları tam halda götürən pifaqorçuların fıkirlərinə şərik çıxmışlar.
«Saflıq qardaşları»nın emanasiya nəzəriyyəsində əql ikiyə, nəfs üçə, ilk materiya dördə, təbiət beşə, cisim altıya, göylər yeddiyə, ünsürlər səkkizə və qatışıq doqquza müqabildir. Doqquz təkliklər mərtəbəsinin sonuncusu olduğu kimi, qatışıqlar da mineral, bitki və heyvandan ibarət ümumi mövcud şeylər mərtəbəsinin sonuncusudur.
Şərq peripatetiklərinin əsərlərində olduğu kimi, «Safhq qardaşları»nın traktatlarında da «materiya» və «forma» anlayışları bir-biri ilə əlaqəli aydınlaşdılır və materiya ilə formanı qarşılıqlı münasibətdə götürürlər.
«Saflıq qardaşları»nın traktatlarmda hərəkətin növləri haqqında mülahizələr də maraqlıdır. Onların fikrincə, hərəkət altı növə bölünür: əmələgəlmə, məhvolma, artma, azalma, dəyişmə və yerdəyişmə. Əmələgəlmə şeyin yoxluqdan varlığa, yaxud potensiallıqdan aktuallığa keçididir. Məhvolma bunun əksidir. Dəyişmə müəyyən keyfiyyətlərin rənglər, dadlar, qoxular və başqa keyfiyyətlərlə əvəz olunmasıdır. Yerdəyişmə adlanan hərəkət cismin bir yerdən başqa yerə keçməsidir
«Saflıq qardaşları»nm idrak nəzəriyyəsinə görə, insan məlumatı üç yolla əldə cdir: duyğular yolu ilə, əql yolu ilə və zəruri sübut yolu ilə.
«Saflıq qardaşlan»nın fikrincə, insanın məlumat əldə etməsi üçün bunlardan başqa heç bir yol yoxdur. 
«Saflıq qardaşları» aləmi «böyük insan» saydıqları kimi insanı da «kiçik aləm» hesab etmişlər.
İrəli sürdükləri problemlərə, təbliğ etdikləri elmi, fəlsəfi fikirlərə görə «Saflıq qardaşları» cəmiyyətinin traktatları uzun müddət yasaq olunmuş kitablar siyahısında qalmışdır. Lakin bu dəyərli abidə qadağan olunmasma baxmayaraq, Yaxın və Orta Şərq ölkələrində geniş yayıla bilmiş, İspaniya vasitəsilə Qərb ölkələrinə nüfuz etmişdir.



Oxunub: 72931