Baş səhifə    » FƏLSƏFƏ    » XI-XII əsrlərdə fəlsəfə    » Azərbaycanda fəqih-mütkəllimlər   

Azərbaycanda fəqih-mütkəllimlər

  


Orta əsrlərdə fiqh «müsəlman sxolastikası, ilahiyyatı» mənası daşımasına baxmayaraq, bu terminlər arasında kəskin fərq qoyulmurdu. Sxolastlar bir qayda olaraq dövlət işlərində çalışır, hüquq məsələləri ilə də məşğul olurdular. Başqa sözlə, mütəkəllimlər (kəlamçılar - sxolastlar) eyni zamanda fəqih (hüquqşünas) idilər. Müxalifətçi sxolastika - mütəzililik gizli fəaliyyət gös-tərirdi. İlk Səlcuq sultanı Məhəmməd Toğrulbəyin hakimiyyəti illərində bidət sayılmaqda davam edən ortodoksal sxolastika - əşərilik XI əsrin ikinci yarısında - Alp Arslanm vaxtında rəsmi dairələrdə artıq qəbul edilmişdi.
Əşərilik rəy və məntiqi mühakimələrə üstünlük verən hənəfilərlə qatı təəssübkeş hənbəlilər arasında orta mövqe tutan şafin məzhəbli fəqihlər içərisində daha geniş yayılmışdı. Yaxın və Orta Şərqdə Əbu-İshaq Şirazi Firuzabadi (1003-1088), Əbuhamid Məhəmməd Qəzali (1059-1111) və Fəxrəddin Məhəmməd Razi (1148-1210) fiqh-kəlam məktəbinə başçılıq etmişlər.



Oxunub: 291392



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on