Baş səhifə    » GERB    » Gerb haqqında qanun   

Gerb haqqında qanun

  


Azərbaycan Respublikasının Dövlət gerbi haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edilsin.
2. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə  Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
2. Azərbaycan Sovet Sosialist Respublikası (SSR) Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 Mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, N-5-6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin.
3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

Azərbaycan Respublikası
Milli Məclisinin 1993-cü il 23 Fevral
tarixli qərarı ilə təsdiq edilmişdir



Oxunub: 556483



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on